Putinin masası gündəmin yeni mövzusu olub.
KONKRET.az xəbər verir ki, dünən Rusiya Prezidenti Vladimir Putin Lavrov və Şoyqu ilə görüşlər keçirib. Görüşdə beynəlxalq vəziyyət, hərbi və siyasi məsələlər müzakirə olunub.
Lakin görüşlərin keçirildiyi format ilk dəfə idi ki, müşahidə olunub. Belə ki, həmsöhbətlər arasında uzun məsafənin olması təəccüb doğurub. Sosial şəbəkə istifadəçiləri bunun məntiqi izahını öyrənmək istəyirlər.
Bundan əvvəl Putinin Makronla görüşü müzakirə olunurdu. Bu görüşdəki məsafə anlaşılan olsa da, dünənki görüşlərin məsafəsi maraq doğurub.
İstifadəçilər Putinin masasının günü-gündən “uzandığını” yazıblar.
Xuraman Etibarlı,
KONKRET.az
