ABŞ-da iki basketbol qadın komandasının üzvləri meydanda dalaşıblar.
KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, hadisə ilə bağlı video “Twitter”in “Barstool Sports” hesabında ortaya çıxıb.
Qarşıdurma “Alabama State” və “Cənubi Texas” universitetlərinin komandaları arasında matç zamanı baş verib.
İdmançı qızlar öz emosiyalarının öhdəsindən gələ bilməyiblər və birbaşa stadionda dalaşmağa başlayıblar. Kadrlardan görünür ki, döyüşdə onlarla insan iştirak edir.
İnsidentdən sonra 10 basketbolçu və iki məşqçi diskvalifikasiya edilib. Bundan əlavə, hər bir universitet 5 min dollar cərimə ödəyəcək.
Babək Göyüş
KONKRET.az
LMAOOO they started throwing haymakers at the Texas Southern – Alabama State women’s basketball game last night pic.twitter.com/NRkJHA7vDh
— THIS LEAGUE (@thisleague) February 4, 2020
