Ötən gecə Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində qadın məhəllələrin birində park edilən maşını daşla əzib.
KONKRET.az xəbər verir ki, bloger Saleh Nəsirov qalmaqallı hadisənin videosunu paylaşıb.
Belə ki, videoda iki orta yaşlı qadının Bilal adlı şəxsi necə söydüyü, onu şantajda ittiham etməsi göstərilir. Eyni zamanda onlardan biri adı çəkilən şəxsə məxsus “Mercedes C-class” markalı avtomobilin şüşələrini və faralarını daşla sındırır.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
KONKRET.az
