Qafqazda ABŞ-a yer yoxdur – Stanislav Tarasovbackend

Qafqazda ABŞ-a yer yoxdur – Stanislav Tarasov

İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Türkiyə və Azərbaycan altı ölkənin — Rusiya, Türkiyə, İran və Azərbaycan, Gürcüstan, Ermənistanın daxil olacağı “3+3” regional əməkdaşlıq formatını təklif etdi. Göründüyü kimi, amerikalılar bu sistemə heç cür uyğun gəlmir. Məhz bu səbəbdən Cənubi Qafqazın “arxa cəbhəsi”ndə gürcü istiqaməti fəallaşdı.

KONKRET.az xəbər verir ki, bu barədə tanınmış rusiyalı politoloq Stanislav Tarasov danışıb.

Politoloqun sözlərinə görə, ABŞ üçün Cənubi Qafqaz regionu bütövlükdə az əhəmiyyət kəsb etmir, amma regionun ayrı-ayrı tərkib hissələri onu maraqlandırmır. Rusiya isə vəziyyətə tamamilə fərqli bucaq altında baxır:

“Rusiya üçün bu region hələ də ölkədaxili siyasi gündəliyin yayıldığı ərazi görüntüsünü yaradan “Cənubi Qafqaz göbəyidir”. ABŞ isə regiona Yaxın Şərqin davamı, Qafqazı Orta Asiya ilə birləşdirən, Qara və Xəzər dənizlərinə çıxışı olan körpü kimi baxır. Həmin “körpüdə” Türkiyə və Rusiya amilinin olmağı ABŞ-ı çox narahat edir.

İndi məsələ ondan ibarətdir ki, ABŞ Cənubi Qafqazda güc proyeksiyasını artıra və ya istifadə edə biləcəkmi? Odur ki, Bayden hələ regionda öz siyasi kursunu formalaşdırmalıdır. Ola bilsin ki, o, inersiya üzrə hərəkət edərək indiki strategiyanı saxlayacaq. Bəlkə də Cənubi Qafqaza qarşı fəal yanaşma planını yaratmaq qərarına gələcək”./axar.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*