“Qalatasaray”ın futbolçusundan nokaut və üzrxahlıq – VİDEObackend

“Qalatasaray”ın futbolçusundan nokaut və üzrxahlıq - VİDEO

Qadın futbolçulardan ibarət Konqo və Mərakeş milliləri arasında yoldaşlıq oyununda yaşanan qalmaqalın səbəbkarı Ruti Kipoyu hərəkətinə görə peşman olub.

KONKRET.az xəbər verir ki, “Qalatasaray”ın konqolu hücumçusu bunu instaqram paylaşımında açıqlayıb.

O, vurduğu rəqib oyunçudan üzr istəyib: “Özümü elə apardım ki, buna görə peşmanam. Yasmin, səndən üzr istəyirəm. Ümid edirəm ki, özünü yaxşı hiss edirsən, sənə ən yaxşısını arzulayıram. Futbol ehtiras oyunudur, amma emosiyalarımıza nəzarət etməyi bacarmalıyıq. Çox peşmanam. Komanda yoldaşlarım, məşqçilər, azarkeşlər hamınızı pis vəziyyətdə qoydum. Günahımı yumaq üçün hər şey edəcəm”.

Qeyd edək ki, xoşagəlməz hadisə matçın 59-cu dəqiqəsində yaşanıb. Həmin vaxt Ruti Kipoyu qırmızı vərəqə alıb. Əsəblərinə hakim kəsilə bilməyən 26 yaşlı futbolçu acığını rəqibdən çıxıb. O, mərakeşli oyunçunun sifətinə vurduğu zərbə ilə onu yerə sərib. Bu nokaut kütləvi dava-dalaşa səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*