“Üçüncü Dünya Müharibəsi baş verərsə heç kim, o cümlədən Birləşmiş Ştatlar qalib gələ bilməyəcək”.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin hərbi müxbirlərlə görüşündə deyib.
“ABŞ özünü elə göstərir ki, guya münaqişənin kəskinləşməsindən qorxmur. Əslində, orada sağlam başı olan bir çox insan var və onlar açıq şəkildə işi Üçüncü Dünya Müharibəsinə aparmaq istəmirlər. Çünki bu müharibədə qalib görmürlər. Heç bir ölkə, o cümlədən ABŞ Üçüncü Dünya Müharibəsi baş verərsə qalib olmayacaq”, – deyə Putin bildirib.
Burhan,
KONKRET.az
