“Qara Cümə” gərginliyi – Onlayn alış-veriş edənlər şikayətçidirbackend

"Qara Cümə" gərginliyi - Onlayn alış-veriş edənlər şikayətçidir

Türkiyədə “Qara Cümə” (Black Friday) endirim günündə alıcı çoxluğu karqo şirkətlərini çətin vəziyyətdə qoyub.

KONKRET.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, internet üzərindən alış – veriş edən insanlar durmadan şikayət mesajları yazıb. Onlar çatdırılma xidmətinin gecikməsindən narazıdır. Alıcılara sifariş etdikləri məshulu əldə etməsi üçün daha bir neçə gün gözləməli olduqları deyilir.

Birləşmiş Markalar Birliyinin sədri Sinan Öncel “gec çatdırılma şikayətləri alırıq, amma bu normal haldır. Çünki karqo şirkətlərinin iş prinsipi var. İlin bir və ya iki günü üçün yeni sistem qura bilmərik. İnternetdə alış-veriş edən istehlakçılar belə günlərdə səbirli olmalıdır, gecikmələrin olması normaldır. Dekabrın ilk həftəsindən hər şey yoluna düşəcək”, – deyə açıqlama verib.

Ötən ilə nəzərən bu ildə gözləntinin yüksək olduğunu deyən Öncül endirimin bu gün də davam etdiyini bildirib: “Keçən il “Qara Cümə” ilə bağlı insanların kredit kartından 3.4 milyard lirə xərclənib. Bu il rəqəmin 5 milyard olacağını gözləyirik. Bundan əlavə nağd alış-verişlə insanların 6-6.5 milyard lirə xərcləyəcəyi ehtimal olunur”.

Qeyd edək ki, noyabr ayının son Cümə günü hər il dünya səviyyəsində endirimlərlə yadda qalır.

Hazırladı: Günel MÜSEYİB

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*