“Qarabağ” “Araz-Naxçıvan”a böyük hesabla qalib gəlibbackend

"Qarabağ" "Araz-Naxçıvan"a böyük hesabla qalib gəlib

Misli Premyer Liqasının XXIII turunda “Qarabağ” “Araz-Naxçıvan”la qarşılaşıb.

KONKRET.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə “köhlən atlar” 6:0 hesablı qələbə qazanıb.

Qolları Joni Montiel (15 dəq, penalti), Leandro Andrade (33, 36), Kamilo Duran (64 dəq penalti, 89 dəq.) və Musa Qurbanlı (83) vurublar.

“Qarabağ” 49 xalla turnir cədəlinin ikinci pilləsində qərarlaşıb. “Araz-Naxçıvan” 33 xalla beşincidir.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Sumqayıt” “Karvan-Yevlax”la (1:1), “Şamaxı” isə “İmişli” ilə (0:0) bərabərə qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*