“Qarabağ” dünya reytinqində irəlilədibackend

"Qarabağ" dünya reytinqində irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni reytinq cədvəlini tərtib edib.

KONKRET.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, yenilənmiş siyahıda “Qarabağ” 69-cü pillədən 60-cı sıraya yüksəlib.

Son Azərbaycan çempionunun aktivində 200 xal var.

“Sabah” komandası 96 xalla 224-cü sıradan 211-ə qalxıb. “Zirə” (63 xal) 389-cu pillədən 418-ə, “Araz-Naxçıvan” (59) isə 456-dan 468-ə düşüb.

Qeyd edək ki, cədvələ 595 xalla Fransanın PSJ klubu başçılıq edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*