Qarabağ erməniləri lobbidən pul mənimsəmək üçün yeni layihələrə start verib – FOTObackend

Qarabağ erməniləri lobbidən pul mənimsəmək üçün yeni layihələrə start verib - FOTO

Xankəndidə çoxmənzilli binaların inşaat işlərinə başlanılıb.

KONKRET.az xəbər verir ki, yeni mikrorayon 3 binadan (12 mərtəbəli) ibarət olacaq. Erməni portalları bildirir ki, ona bitişik ərazidə yol, avtodayanacaq və yaşıllıqlar salınacaq. Hazırda torpaq işləri tamamlanıb. Tikinti işlərinin 2023-cü ildə tamamlanması planlaşdırılır. Mikrorayon Hayastan Ümumerməni Fondunun vəsaiti hesabına tikilir.

Göründüyü kimi, ermənilər bu xəbərləri tirajlamaqla dünyaya və erməni lobbisinə göstərmək istəyirlər ki, Qarabağda yaşamaq üçün kütləvi axın var. Həmişə olduğu kimi bu dəfə də Qarabağın erməni icması özünü aldatmaqla məşğuldur. Doğrudur, Xankəndidə az sayda olsa da, erməni qalacaq, amma bu qədər miqyasda tikinti işlərinin aparılması onların gizli məqsədlərinə xidmət edir. Bu baxımdan erməni lobbisinin pullarını mənimsəmək üçün onlar bütün layihələri gerçəkləşdirməyə hazırdırlar. Amma belə yaşayış binalarının inşası bizim üçün də məqsədəuyğundur, çünki orada yaşamaq istəyən azərbaycanlılar hazır mənzillərə köçürülə bilər.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*