“Qarabağ heç vaxt Ermənistanın tərkibinə daxil olmayacaq” – Ermənilər Vardanyanın sözlərindən “YANIR”backend

“Qarabağ heç vaxt Ermənistanın tərkibinə daxil olmayacaq” - Ermənilər Vardanyanın sözlərindən "YANIR"

Erməni mediası Ruben Vardanyanın müsahibəsindən od tutub yanır.

KONKRET.az xəbər verir ki, Ruben Vardanyan RTVI beynəlxalq telekanalına müsahibə verib. O bildirib ki, “Qarabağ heç vaxt Ermənistanın tərkibinə daxil olmayacaq”.

Bu da Ermənistanda “tektonik yerdəyişmələrə” səbəb olub. Ermənistanda əvvəllər hesab edirdilər ki, Vardanyan Qarabağdakı erməniləri xilas etməyə gəlib. Lakin məlum olduğu kimi, o, yalnız qeyri-rəsmi olaraq sülhməramlıların müvəqqəti məsuliyyət zonasını Rusiyaya inteqrasiya etmək üçün gəlib.

“Mən şadam ki, Qarabağda baş verən hər şey Ermənistan, Rusiya, Azərbaycan və beynəlxalq mediada müzakirə mövzusuna çevrilir.

Mən həmişə çox ardıcıl və açıq şəkildə demişəm ki, Qarabağ mənim üçün qırmızı xətdir. Bu nöqteyi-nəzərdən erməni elitasının Qarabağda baş verənləri sadəcə seyr etməsini və heç nə etməməsini qəbuledilməz hesab edirəm.

30 il ərzində müxtəlif mərhələlərin olduğunu dərk etmək lazımdır. Bu mənada hərbi ritorikaya davam etsək, bu dalana dirənir. Sonsuz mübarizə aparmaq olmaz. Bunun əbədi davam edə bilməyəcəyini düşünməliyik. Düşünürəm ki, Azərbaycan anaları da yeni müharibə və oğullarının ölümünü istəmir”, – deyə Vardanyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

  • Mais
    Noyabr 28, 2022 - 20:14

    Sən oğraş bunu bil ki, Azərbaycan ANALARI oğullarını Vətən uğrunda müharibəyə toy-bayramla, Şəhid olmağa göndərir!!!

  • Vüsal
    Noyabr 29, 2022 - 11:29

    Biz hər zaman vətən üçün canımızdan keçməyə hazırıq. Azərbaycan anaları bu vətən üçün yetişdirib bizi sən narahat olma vətənə canım fəda

  • Видад
    Noyabr 30, 2022 - 16:14

    Русский щпион,тебе Азербайджане нечего делать иди Ивана ноги помещ и женущки скажи пуст вытираеть

  • Султан
    Noyabr 30, 2022 - 19:51

    Откуда тебе, безродному знать ,что такое родина и что это за чувство! Вы индийские цыгане не поймёте этого никогда! Вам это Богом не дано понять!!!

  • MEHMET
    Dekabr 2, 2022 - 15:24

    Can Azerbaycanımızın Kahraman evlatları, vatan ve din uğrunda canlarını verirler. Ama, Ermeni, kendisine ait olmayan bu topraklar için neden canını verecek? savaş olunca ancak kaçmayı çok iyi biliyorlar. Şair Mehmet Akif ERSOY ne güzel söylemiş: “Toprakları toprak yapan üstündeki kandır, Toprak eğer uğrunda ölen varsa vatandır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*