“Qarabağ”ın mükafatlandırılacağı stadion bəlli oldubackend

“Qarabağ”ın mükafatlandırılacağı stadion bəlli oldu

Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün qalibi olan “Qarabağ”ın çempionluq mükafatları XXXVI turun oyunundan sonra təqdim olunacaq.

KONKRET.az xəbər verir ki, təltifetmə mərasimi “Azərsun Arena”da baş tutacaq.

Cari mövsümün son turu çərçivəsində “Araz Naxçıvan”la üz-üzə gələcək “köhlən atlar” matç sonrası qızıl medal və kubokla mükafatlandırlacaq.

Görüşün protokolunda ev sahibi Naxçıvan təmsilçisi göstərilsə də, qarşılaşma Ağdam təmsilçisinin stadionunda keçiriləcək.

“Araz Naxçıvan” – “Qarabağ” görüşü mayın 26-sı oynanılacaq. (Yenisabah)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*