“Qarabağ”ın oyununun vaxtı dəyişdirildibackend

“Qarabağ”ın oyununun vaxtı dəyişdirildi

Misli Premyer Liqasının 19-cu turunda keçirilməli olan “Şamaxı” – “Qarabağ” oyununun başlama saatı güclü qar səbəbindən dəyişilib.

KONKRET.az xəbər verir ki, bu haqda PFL məlumat yayıb.

Bildirilib ki, stadionun daha yaxşı vəziyyətə gətirilməsi, komandaların isinmə hərəkətlərini normal yerinə yetirə bilməsi üçün matça əvvəlcədən nəzərdə tutulduğu kimi 14:30-da deyil, 14:50-də start verilməsi planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*