“Qarabağ”ın yeni futbolçuları axtardığı yerlər bəlli oldu – FOTObackend

“Qarabağ”ın yeni futbolçuları axtardığı yerlər bəlli oldu - FOTO

“Qarabağ” Futbol Akademiyası bölgələrdə futbolçu axtarışına start verib.

KONKRET.az İdman.Biz-ə istinadən bildirir ki, bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.

Azərbaycan çempionu bununla bağlı futbolçu seçimləri elan edib. Seçimlərdə 2010, 2011, 2012, 2013, 2014, 2015-ci il təvəllüdlülər iştirak edə bilərlər.

“Qarabağ” istedad axtarışı Qusar və Şirvanda gerçəkləşəcək. Seçimlər mayın 2-də saat 11:00-dan etibarən Qusar rayonunun Şirvanlı kənd stadionu, ertəsi gün saat 17:00-dan etibarən Şirvan şəhər Olimpiya İdman Kompleksində keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*