“Qarabağ” – “Neftçi” matçına ən ucuz bilet 5 MANATDIR – FOTObackend

"Qarabağ" - "Neftçi" matçına ən ucuz bilet 5 MANATDIR - FOTO

Azərbaycan Premyer Liqasının sonuncu – XXVIII turunda “Qarabağ” – “Neftçi” matçının biletləri satışa çıxarılıb.

KONKRET.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.

Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.

Biletləri Iticket.az-dan və Ağdam təmsilçisinin Park Bulvarda yerləşən Fan-Şopundan almaq olar. Oyun günü isə biletlər yalnız görüşün gerçəkləşəcəyi “Azersun Arena”da satılacaq.

Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*