Bu gün Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub.
KONKRET.az-ın məlumatına görə, turun ikinci oyun günündə 2 matç keçirilib.
Hər iki qarşılaşma Bakıda baş tutub. İlk oyun günündə hər iki matçda meydan sahibləri qalib gəlmişdisə, bu dəfə qonaqlar qələbə qazanıb.
“Səbail” öz meydanında “Zirə” ilə qarşılaşıb. Məhsuldar keçən oyunda 4 qol vurulub. Son dörd turda uduzan zirəlilər səfərdən üç xalla ayrılıb.
Turun mərkəzi oyunu “ASK Arena”da baş tutub. İlk “üçlük”də qərarlaşan komandaların duelində “Keşlə” lider “Qarabağ”la üz-üzə gəlib. Hər hissədə bir qol vuran Ağdam təmsilçisi növbəti qələbəsini qazanıb.
Qeyd edək ki, turun ilk günündə “Qəbələ” “Sumqayıt”a 5, “Neftçi” “Sabah”a 4 cavabsız qolla qalib gəlib.
