Qarabağda separatçılar üçün rus dili kursları açılır – FOTObackend

Qarabağda separatçılar üçün rus dili kursları açılır - FOTO

Qarabağda separatçılar üçün rus dili kursları açılır.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə elan müxtəlif mətbuat orqanlarında yerləşdirilib.

“Qarabağın rus icması “Rus dünyası” mədəni-maarif layihəsi çərçivəsində və Artsax Respublikasının Təhsil, Mədəniyyət, Elm və İdman Nazirliyinin dəstəyi ilə hər kəsi (18 yaşdan yuxarı) dəvət edir. Kurslar axşamlar keçirələcək. Pulsuzdur”,- elanda deyilir.

Xankəndi, Ağdərə, Xocavənd və Əsgəranda keçirilməsi nəzərdə tutulan rus dili kursları yaşı da nəzərə alsaq, yəqin ki, daha çox erməni qızları üçün nəzərdə tutulub. Rus sülhməramlılar ilə çətin “dil tapan” erməni qızları, həmçinin bütün separatçılar Azərbaycan dilini öyrənsələr daha yaxşı olar. Daha tez inteqrasiya olunarlar.

Rus SK-nin “Mersi” şirkətinin göndərdiyi yardımlarla özünə inamı artırması o demək deyil ki, ruslar sona qədər onları yedizdirəcəklər. “Mersi” şirkəti yardımları bloger Mika Badalyanın bütün günü və aylardır efirlərdən diləndiyi pullar hesabına  göndərir. Bu yardım separatçılara rus hərbçilər vasitəsilə çatdırılır. Ermənilər elə bilir ki, yardımları Rusiya göndərir. Yardımlar davamlı olmasa, onda nə edəcəklər? Rusiya onlara pul xərcləmir və xərcləməyəcək.

Yenə də yaşadıqları ölkənin qanunlarına tabe olub, tezliklə dilimizi öyrənsələr iş də tapa bilərlər, normal dolana da bilərlər.

Kursların açılmasını yəqin ki, Azərbaycan hökumət orqanları rusların növbəti “oyunu” kimi nəzarətdə saxlayacaq.

Xuraman Etibarlı, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*