Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin komandanı yenidən dəyişdirildi – FOTObackend

Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin komandanı yenidən dəyişdirildi - FOTO

Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı yenidən dəyişdirilib.

KONKRET.az-ın məlumatına görə, Rusiya sülhməramlılarına yaxın dairələrə istinadən yayılan xəbərdə bir müddət öncə bu vəzifəyə gətirilən Mixail Kosobokovun general-leytenant Gennadi Anaşkinlə əvəz ediləcəyi bildirilir.

Anaşkinin yüksək təcrübəli hərbçi, Rusiya Milli Qəhrəmanı olduğu qeyd olunur.

Anaşkin keçmiş Yuqoslaviyada xidmət edib. Birinci və ikinci Rusiya-Çeçenistan müharibələrində iştirak edib, Anaşkinin komandanlığı altında olan qrup 2008-ci ildə Cənubi Osetiyada hərbi əməliyyatlarda iştirak edib.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*