Qarabağdakı separatçı rejimin qondarma “ordu”sunda iki erməni yaralanıb.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mediasına qondarma qurumdan məlumat verilib. Məlumatda deyilir ki, avqustun 8-də iki “müqaviləli hərbçi” silahla (detonator) davranış qaydalarına əməl edilməməsi nəticəsində yaralanıb.
Xəsarət alan Qurgen Danielyan və Artur Aruşanyanın vəziyyəti ağır qiymətləndirilir. Hadisələrin aydınlaşdırılması üçün araşdırma aparılır.
Qeyd edək ki, bundan əvvəl Ermənistan ordusunda bir neçə insident qeydə alınıb.
Xuraman Etibarlı,
KONKRET.az