Qarabağdakı terrorçular hərbi səfərbərlik ELAN ETDİbackend

Qarabağdakı terrorçular hərbi səfərbərlik ELAN ETDİ

Qarabağdakı terrorçular qismən hərbi səfərbərlik elan edib.

KONKRET.az xəbər verir ki, bu barədə avqustun 3-də qondarma rejimin separatçı başçısı Arayik Arutyunyan fərman imzalayıb.

Fərmana əsasən, 2022-ci il avqustun 3-dən qondarma rejim qismən hərbi səfərbərlik elan edib.

Qeyd edək ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.

Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Düşmən tərəfdən  4 erməni terrorçusu məhv edilib, 15-i yaralanıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*