Qarabağı qaytaran BƏYANAT və ermənilərin qorxduğu AQİBƏT – Prezidentdən 2 SİTATbackend

Qarabağı qaytaran BƏYANAT və ermənilərin qorxduğu AQİBƏT - Prezidentdən 2 SİTAT

“Qarabağ Azərbaycandır və nida işarəsi”

KONKRET.az olaraq xatırladaq ki, ölkə başçısı bu sözləri 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik plenar sessiyasında səsləndirib.

Bu həm də Ermənistanın baş naziri Paşinyanın 2019-cu ilin sentyabrında “Qarabağ Ermənistandır və nöqtə” bəyanatına hiddətli cavab idi. “Qarabağ Azərbaycandır!” devizə çevrildi. Bu şüar bir xalqın şüuruna həkk olundu və qələbəyə inam əminliyə dönüşdü. Azərbaycanın ilk zəfəri 2020-ci il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyev ilə Nikol Paşinyanın debatında yaşandı. Ermənistan və onun lideri bütün dünyanın gözü önündə gülünc vəziyyətə düşdü. Bir şey ki, Nikolun özü də suallardan birinə cavab verərkən “Qarabağ Azərbaycanın bir hissəsidir” dedi.

Bəli, Prezident İlham Əliyevin Valdaydakı nidası artıq Nikol Paşinyanın nöqtəsini əzmişdi. Beləliklə, özünə “sülh quşu” deyən Anna Akopyanın çarəsiz quşbazı yemsiz qaldı. Var idisə, həmin nüfuzu da ilğımlaşdı. Ermənilərin gözündə artmaq naminə Nikol Xankəndində Araikin zirzəmisində oldu, Şuşada yallı getdi. Olmayan imicini artırmaq üçün təxribat əmrləri verdi. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutdu. Azərbaycan Ordusu bu hərbi təcavüzə cavab olaraq, Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Bu hərbi əməliyyatlar zamanla Vətən müharibəsi, 44 günlük savaşa çevrildi və Azərbaycan zəfər qazandı.

Bir vaxtlar daban qaldırıb yallı oynayan Paşinyan dabanyalayan Paşik oldu. Üçtərəfli bəyanat imzalanandan sonra Ermənistan parlamentində Şuşaya Şuşi deyən deputatların önündə çıxış edən Nikol, hətta SSRİ dönəmində Şuşa əhalisinin 95 faizinin azərbaycanlılardan ibarət olduğunu etiraf etdi. Bu sözlə o, Manukyan, Sarqsyan, Koçaryan, Saakyan, Arutyunyan qəlibdən olanlara bildirdi ki, Qarabağı unudun. Yəni, Nikol demək istədi ki, “Artsax”ı Putin icazə versə, Novosibirsk, Pyatiqorsk, Soçidə, yox əgər Makron razılaşsa, Marsel tərəfdə qurarıq.

Həqiqətən də, işğalda olan torpaqları xalq-iqtidar birliyi, vahid ideologiya, Azərbaycan ordusu azad etdi. Döyüşlərə qədərki siyasi xronologiyaya baxanda isə torpaqlarımızı qaytaran bəyanat 3 il öncə Soçidə Ali Baş Komandanımızın səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi”dir.

Ermənilərin ən çox qorxduğu aqibət 2020-ci il oktyabrın 4-də Prezident İlham Əliyevin çıxışı zamanı dedikləridir. Ən ehtiyatlandıqları isə “onları itiqovan kimi qovuruq. Azərbaycan əsgəri erməniləri itiqovan kimi qovur” reallığıdır. Dərd orasıdır ki, ermənilər onlara yal verənlərə yalaqlıq edib it kimi quyruq bulamağı sevir, üzbəüz gələndə qaçıb uzaqdan hürməyi bacarırlar. Amma bizim onları itiqovan kimi qovmağımızdan qorxurlar. Bir ara bunu bir də yaşamaq istəmirdilər. Amma vaxtaşırı qulaqlarının dibi qaşınır və Azərbaycanı vadar edirlər ki, ordumuz dəmir yumruğunu qaldırsın. Sonra təzdən yuvalarına çəkilib zingildəməyə başlayırlar. Əslində burda təəccüblü heç nə yoxdur. Küçə itləri də elədir. Arada diş qıcıyırlar, quduzlaşırlar. Ona görə də qulaqburması vermək şərtdir. Ya da elə itiqovan kimi qovalamaq. Üzü İrəvana, Zəngəzur və Göyçədən o yana…

KONKRET.az-ın ANALİTİK QRUPU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*