“Qarabağın dövlət idarəetmə sistemi artıq hökuməti idarə edə bilmir” – Abramyanbackend

"Qarabağın dövlət idarəetmə sistemi artıq hökuməti idarə edə bilmir" - Abramyan

“Qarabağın dövlət idarəetmə sistemi artıq riskləri effektiv idarə edə bilmir”.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müxalifətçi deputatı Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.

O, Qarabağın “dövlət idarəçiliyi sistemi”nin artıq bütün mövcud riskləri effektiv idarə edə bilmədiyini, təhlükəsizlikdən tutmuş ölkənin bu gün və yaxın illərdə normal inkişafına qədər bacarıqsız olduğunu bildirib.

Onun sözlərinə görə, burada problem sistemlidir və yeni reallıqlarda o, köklü transformasiyalara məruz qalmalıdır.

“Qarabağda yaxın vaxtlarda konstitusiya dəyişikliyi prosesi gözlənilir, bunun üzərində iş ilin əvvəlindən gedir. Lakin bu düzəlişlər bir neçə əsas dəyişikliyi ehtiva etsə də, risklərin qarşısının alınması, zərərsizləşdirilməsi və idarə olunması problemini həll etmir.

2018-ci ildə Ermənistanda başlayan Qarabağın özgəninkiləşdirilməsi prosesi, 44 günlük müharibənin faciəvi nəticələri, eləcə də Ermənistan hakimiyyətinin Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Qarabağı status-kvonu tamamilə yenidən nəzərdən keçirməyə məcbur edir. Bu, həm sistemdə, həm də əsas aktorlar olan ideologiyada köklü dəyişiklik deməkdir”, – deyə Abramyan qeyd edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*