“Qarabağın erməni icması və Azərbaycan nümayəndələri razılığa gəldi” – Avanesyanbackend

"Qarabağın erməni icması və Azərbaycan nümayəndələri razılığa gəldi" - Avanesyan

Qarabağın erməni icması və Azərbaycan nümayəndələri nəyi müzakirə etdilər?

KONKRET.az xəbər verir ki, fevralın 24-də Qarabağda Rusiya sülhməramlı kontingenti komandanlığı Qarabağ erməni icması ilə Azərbaycan nümayəndələrinin görüşünü təşkil edib.

Qondarma qurumun “mətbuat katibi” Lusine Avanesyan mediaya verdiyi müsahibədə təbii qaz və elektrik enerjisinin sabit və fasiləsiz təchizatı ilə bağlı məsələlərin müzakirə olunduğunu təsdiqləyib.

“Görüş zamanı Ermənistan-Qarabağ qaz kəmərinin fasiləsiz fəaliyyətinin təmin edilməsi, yeganə 110 kV-luq yüksək gərginlikli Şinuayr-Xankəndi elektrik xəttinin təmiri və elektrik təchizatının bərpası barədə razılıq əldə olunub.

Biz Azərbaycan tərəfdən müvafiq addımlar gözləyirik ki, bu da mütəxəssislərimizə elektrik enerjisi kəsildiyi yerə çatmağa, dəymiş ziyanı qiymətləndirməyə və təmir işlərinə başlamağa imkan verəcək.

Yolun bağlanmasına gəlincə, əldə etdiyimiz məlumata görə, Rusiya tərəfi bu istiqamətdə səylərini davam etdirir. Ümid edirik ki, bu istiqamətdə tezliklə müsbət dəyişikliklər olacaq”, – deyə Lusine Avanesyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*