Ən azı 21 qaradərili əməkdaş ilin əvvəlindən ABŞ prezidentinin administrasiyasını tərk edib və ya tezliklə ayrılmağı planlaşdırır.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Co Bayden administrasiyasındakı mənbələrə söykənərək “Politico” qəzeti yazıb.
Kütləvi ixtisarların səbəbləri barədə sorğuya cavab olaraq, Ağ Evdəki mənbə “Politico” ya “baş verənlərdən təəccüblənmədiklərini” deməklə kifayətlənib. Lakinsaytın əldə etdiyi məlumata əsasən, işdən çıxarılmanın əsas səbəbi olaraq gərgin iş mühiti və afro-amerikan əməkdaşların karyeralarında yüksələ bilmədikləri göstərilib.
“Biz çox işləyirik, amma rəhbər vəzifələrə çəkilmiik. Bizim yüksək postlaır tutmaq üçün heç bir perspektivimiz yoxdur”, -deyə Ağ Evin qaradərili işçilərindən biri “Politico”ya danışıb.
“Bu əsl “Bleksit”dir və olduqca narahatverici gəlişmədir. 2020-ci ilin noyabrında keçirilən seçkilərdə Co Bayden qaradərili əhalinin 22% səsini toplamışdı. Bu səbəbdən qaradərili vətəndaşların Ağ Evdə nəinki yüksək, orta və kiçik vəzifələr tutması, habelə onların mühüm siyasi və kadr qərarlarının qəbulunda iştirak etməsi, həmçinin karyera imkanlarına malik olması zəruridir”,-deyə Birləmiş Siyasi və İqtisadi Araşdırmalar Mərkəzinin direktoru Spenser Overton sayta müsahibəsində qeyd edib.
Xatırladaq ki, 2020-ci ildə seçkiqabağı kampaniya zamanı Co Bayden ölkədə irqi ədaləti bərqərar edəcəyinə və ayrı-seçkiliyin bütün növlərinin bitiriləcəyinə söz vermişdi.
