Zəlzələ Türkiyədəki prezident seçkilərinə necə təsir göstərəcək? – Partiya sədrindən AÇIQLAMAbackend

Zəlzələ Türkiyədəki prezident seçkilərinə necə təsir göstərəcək? - Partiya sədrindən AÇIQLAMA

Bildiyimiz kimi Türkiyədə may ayında prezident seçkilərinin keçirilməsi planlaşdırılır. Ən güclü namizəd kimi isə hazırkı prezident Rəcəb Tayyib Ərdoğan göstərilir. Lakin qardaş ölkədə baş verən güclü zəlzələ fonunda dağıntıların və insan tələfatının çox olması “AKP”nin imkanlarını məhdudlaşdıra bilər. Hər halda bir çox ekspertlər belə düşünürlər. Bəs görəsən, Türkiyədə keçiriləcək prezident seçkilərinin nəticələrinə zəlzələnin təsiri ola bilərmi?

Mövzunu KONKRET.aza şərh edən Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, zəlzələyə qədər Ərdoğanın növbəti prezident seçkilərində hətta 1-ci turda belə rahat şəkildə qalib gələcəyi proqnozlaşdırılırdı. Hər kəs buna əmin idi: “Bu, eyni zamanda Azərbaycanın maraqlarına da uyğun gəlirdi. Çünki “AKP”nin Azərbaycan siyasəti rəsmi Bakını tam qane edir. Biz bunu Vətən müharibəsində, Rusiya-İran-Azərbaycan münasibətlərində görmüşük. Dolayısı ilə Ərdoğan hakimiyyətinin qorunması, təkcə Türkiyənin yox, həm də Azərbaycanın məsələsi olmalıdır. Çünki Türkiyə dünyada Azərbaycanın dayağı və himayədarı olan yeganə ölkə kimi çıxış edir”.

Tural Abbaslı: “III Qarabağ müharibəsi istənilən anda başlaya bilər” - ÖZƏL | KONKRET

Partiya sədri əlavə edib ki, zəlzələ təbii fəlakətdir və heç kim bundan sığortalanmayıb: “Hətta BMT belə bu hadisəni son on ilin ən ağır zəlzələsi kimi xarakterizə etdi. Azərbaycan ərazisindən 20-25 min kvadrat kilometr artıq bir ərazini əhatə edən zəlzələ baş verdi. Təbii ki, bunun Türkiyədəki seçkilərə təsiri olacaq. Bu qədər insanın taleyinə təsir göstərən zəlzələnin seçkilərin nəticələrinə təsirsiz ötüşəcəyini söyləmək doğru olmaz. Amma inanmıram ki, Türkiyə müxalifəti xalqın ümumi dərdindən öz maraqları naminə faydalanmağa çalışsın. Hər halda Ərdoğan da bu məsələlərə öncədən hazırlaşacaq. Hələ nəsə söyləmək tezdir, hətta seçkinin olub-olmayacağı haqda fikir səsləndirmək də mümkün deyil. Çünki zəlzələnin fəsadlarının aradan qaldırılması xeyli zaman alacaq. Amma əminliklə deyə bilərəm ki, bu miqyasda fəlakətin altından qalxa biləcək yeganə partiya məhz “AKP”dir. Ona görə də, Ərdoğan hakimiyyətdə qalmalıdır. Təbii ki, Türk xalqının iradəsi önəmlidir. Hələlik Ərdoğan və “AKP”dən daha güclü namizəd görmürəm”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*