Qardaşına narkotik satan zaman tutuldubackend

Qardaşına narkotik satan zaman tutuldu

Saatlıda narkotacir saxlanılıb.

KONKRET.az DİN-ə istinadən xəbər verir ki, Saatlı rayon sakini, əvvəllər məhkum edilmiş Adəm Zeynalov öz qardaşına 10 manat müqabilində heroin satarkən saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən 1 büküm heroin aşkar edilərək götürülüb. Davam etdirilən tədbirlərlə A. Zeynalovun yaşadığı ünvana baxış keçirilən zaman oradan polietilen torbada təmiz çəkisi 3 kiloqram 570 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Dindirilmə zamanı o, törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Saatlı RPŞ-də araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*