Bildiyiniz kimi, visseral (dərin, qarın) yağ təkcə insanın rəngini dəyişmir, eyni zamanda sağlamlıq üçün çox təhlükəlidir. Çünki piylər həyati orqanların ərtafında toplanaraq bu onların fəaliyyətinə ciddi əngəllər törədir. Piylənmə qaraciyərdə, ürəkdə, mədəaltı vəzdə və əzələlərdə yağlılığı həddən artıq çoxaldır ki, bu da maddələr mübadiləsinə pis təsir göstərir. Bədəndəki pozğunluqlar ürək xəstəlikləri və şəkərli diabetin yaranmasını sürətləndirə bilər. Zərərli yağlardan tez qurtarmaq üçün mütəxəssislər müntəzəm məşq etməyi, şirniyyatların olduğu qidaların miqdarını azaltmağı və pəhrizlə arıqlamağı məsləhət bilir.
Amma payız mövsümü gəldiyi üçün bağırsaqların normal işləməsinə töhfə verən bu qidalardan da hökmən istifadə edilməlidir.
Məsələn, şorba və ya qaynadılmış yumurtalar menyuya əlavə edilməlidir. Faydalı yeməklər arasında lobya, mərcimək, gül kələm, noxud, balqabaq, həmçinin bişmiş kartofa (məhdud miqdarda) üstünlük versəniz nəticəsini tez bir zamanda görəcəksiniz.
Pəhrizdə yumurta, süd və mayalanmış qidaların (məsələn, kartof), soğan, pomidor, balıq, balqabaq və günəbaxan toxumu, fındıq, yulaf, zeytun yağı, çay və qəhvənin (şəkərsiz) daxil edilməsi tövsiyə olunur. Duzun əvəzinə otlar və ədviyyatlar əlavə etmək yaxşıdır.
Natiq Səlim