Qarqisyan: Nikol istefa verməli, ağır vəziyyətdən çıxmalıyıqbackend

Qarqisyan: Nikol istefa verməli, ağır vəziyyətdən çıxmalıyıq

Ermənistanın baş naziri Nikol Paşinyan məğlubiyyətini etiraf etmək əvəzinə, hamını günahlandırır.

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin deputatı, “İşıqlı Ermənistan” partiyasının sədri Gevorq Qarqisyan deyib.

Parlamentdə Ermənistandakı hərbi vəziyyətin aradan qaldırılması məsələsinin müzakirəsində çıxış edən G. Qarqisyan istehza ilə bildirib ki, N.Paşinyana görə, silahlı qüvvələr, Milli Təhlükəsizlik Xidməti, parlament və digər dövlət qurumları Ermənistanın məğlubiyyətinin günahkarlarıdır. Yalnız bir nəfər günahkar deyil, o da N.Paşinyanın özüdür. Bu, gülüncdür. Əslində isə məğlubiyyətimizdə başlıca günahkar baş nazir Paşinyandır.

Deputat bildirib ki, Paşinyan bu qədər uğursuzluqdan sonra yenə də hakimiyyətdə qalmağa çalışır. Lakin o, müdriklik nümayiş etdirərək istefaya getməli, erməni xalqının və dövlətinin düşdüyü bu ağır vəziyyətdən çıxmasına imkan verməlidir.axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*