İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı “Qüds” Qüvvələrinin komandanı olmuş general Qasım Süleymani və onunla birlikdə ölən komandir Hüseyn Pur Cəfərinin cənazələri Kirman şəhərində dəfn olunub.
KONKRET.AZ xəbər verir ki, Qasım Süleymanin cənazəsi doğulduğu Kirman şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı “Qüds” Qüvvələrinin komandanı general Qasim Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü “Həşdi-Şaabi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. İran Ali dini lideri və İran Prezidenti Q. Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.
