Qasım Süleymaninin dəfnində ölənlərin sayı getdikcə artırbackend

Qasım Süleymaninin dəfnində ölənlərin sayı getdikcə artır

İranın Kirman şəhərində Qasım Süleymaninin dəfn mərasimində yaşanan izdihamda ölənlərin sayı 50 nəfəri ötüb.

KONKRET.AZ xarici mediaya istinadla xəbər verir ki, bu barədə ölkənin Təcili Tibbi Yardım Xidmətinin məlumatında bildirilir.

Qeyd edək ki, izdihamda kütləvi ölənlərin və yaralananların olması ilə əlaqədar Q. Süleymaninin dəfn mərasimi təxirə salınıb. 

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı “Qüds” Qüvvələrinin komandanı general Qasim Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü “Həşdi-Şaabi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb.

İran Ali dini lideri və İran Prezidenti Q. Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*