Qatarda halı pisləşən sərnişin vəfat etdibackend

Qatarda halı pisləşən sərnişin vəfat etdi

Metronun “Həzi Aslanov”- “Dərnəgül” marşrutu üzrə hərəkət edən qatarda sərnişinin halı pisləşib. Bununla bağlı maşinistə daxil olan məlumat əsasında dərhal tədbirlər görülüb.

KONKRET.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, dispetçerin müvafiq tapşırığına uyğun olaraq “Qara Qarayev” stansiyasında sərnişin qarşılanıb. Təcili tibbi yardım xidməti çağırılıb. İlkin ehtimala görə, 60-65 yaş aralığında olan kişi sərnişinə ilkin yardım göstərilib. Təcili yardım briqadası gələnə qədər sərnişin vəfat edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*