Qaxda 39 yaşlı kişini avtomobil vurub.
KONKRET.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, hadisə Qax – Zaqatala avtomobil yolunun rayonun Süskənd kənd ərazisindən kecən hissəsində baş verib.
İbadət Nagıyev idarə etdiyi “BMW” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyada 1984-cü il təvəllüdlü Elnur Məhyəddinovu vurub.
Hadisə zamanı piyada E.Məhyəddinov aldığı ağır bədən xəsarətləri ilə Qax rayon mərkəzi xəstəxanasına yerləşdirilib
Faktla bağlı araşdırma aparılır.//Qafqazinfo
