Qaxda iki ev tamamilə yandı.
KONKRET.az “qafqazinfo”ya istinadən xəbər verir ki, yanğın hadisəsi şəhərin Məmmədəli Əmorov kücəsində baş verib. Belə ki, Qax şəhər sakinləri Hacıyeva Nərminə Neymət qızı və onun qonşusu Hacıyev Salam Hacıxan oğluna məxsus bir damın altında bir-birinə bitişik ümumi sahəsi 225kv/m olan evlər içərisindəki əşyaları və yanar konstruksiyaları birlikdə tamamilə yanıb.
Yanğın yerinə Qax Yanğından Mühafizə Hissəsindən iki yanğınsöndürən maşın və şəxsi heyət cəlb olunub. Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.



