Qaxda xırdabuynuzlu heyvanları oğurlayan şəxs saxlanıldıbackend

Qaxda xırdabuynuzlu heyvanları oğurlayan şəxs saxlanıldı

Qax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Əmircan kənd sakini ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlədən 6 baş xırdabuynuzlu heyvanın oğurlanması ilə bağlı məlumat verib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında Qax RPŞ əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndlisi Hidayət Əliyev saxlanılıb. O, törətdiyi cinayət əməlini etiraf edib, oğurladığı heyvanları satdığını bildirib.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*