Qayıq batdı, 50 itkin, 6 ölü – Türkiyədə FACİƏbackend

Qayıq batdı, 50 itkin, 6 ölü - Türkiyədə FACİƏ

Türkiyədə bədbəxt hadisə baş verib.

KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Van gölündə qaçqınları daşıyan qayıq batıb.

Türkiyənin DİN rəhbəri Süleyman Soylu qayıqda 55-60 arası insanın olduğunu müəyyənləşdirdiklərini bildirib.

Hadisənin dünən baş verməsinə baxmayaraq, bu barədə bu gün xəbər verilib. Gəminin batdığı yerin hələ təyin olunmadığını açıqlayan Soylu 11 nəfərin saxlanıldığını və hadisədən 18 saat sonra xəbər verildiyi üçün bir muxtarın vəzifədən uzaqlaşdırıldığını açıqlayıb.

Axtarışlar nəticəsində hələlik 6 nəfərin cəsədi tapılıb.

Axtarış-xilasetmə işləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*