“Nikol Paşinyan deyib ki, Azərbaycan Ermənistana qarşı yeni müharibəhə başlayır. Amma buna baxmayaraq, Ermənistanın KTMT-ə iştirakını dondurduğunu deyir. Onun sözləri bir-birinə ziddiyyət təşkil edir. Bəs əslində nə baş verir?”
KONKRET.az xəbər verir ki, bu sözləri Edqar Qazaryan və Davit Sarkisyan “İki cəbhə” verilişinin növbəti buraxılışında bildirib. Erməni ekspertlər ötən həftənin ən mühüm hadisələrini müzakirə edərək belə bir fikir yürüdüblər ki, indiki halda Ermənistanın hər hansı hərbi bloka daxil olmayan dövlətə çevrilməsi strateji cəhətdən yanlış addımdır.
Edqar Qazaryan daha sonra qənaətini belə ifadə edib: “Torpaqlar kağızla yox, müharibə yolu ilə veriləcək”.
Natiq Səlim,
KONKRET.az