“Mbappe yanımdan keçsə, onu məhv edəcəm”backend

“Mbappe yanımdan keçsə, onu məhv edəcəm”

“Real”ın müdafiəçisi Antonio Rudiger Çempionlar Liqasının yarımfinal oyunları öncəsi PSJ-nin hücumçusu Kilian Mbappe haqda danışıb.

KONKRET.az xəbər verir ki, bu barədə o, “Footmercato” nəşrinə açıqlama verib:

“Finalda Mbappe ilə qarşılaşsam, onu məğlub edəcəyik. Yanımdan keçsə, onu məhv edəcəm. Kilian xüsusi oyunçudur. O, 18 yaşında dünya çempionu olub. Bu, artıq onu digərlərindən fərqləndirir. Düşünürəm ki, o, bütün zamanların ən yaxşı fransız oyunçusu ola bilər, amma hələ ki, deyil. Mənim üçün ən yaxşısı Zidandır”.

Bu mövsüm 25 yaşlı Mbappe 44 matçda iştirak edib, 43 qol vurub və 10 məhsuldar ötürmə verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*