“Qazaxın 6 kəndinin təhvil verilməsi səsə qoyulacaq” – Avaqyanbackend

"Qazaxın 6 kəndinin təhvil verilməsi səsə qoyulacaq" - Avaqyan

“Tavuşun (Qazax) 6 kəndinin təhvil verilməsi səsə qoyulacaq”.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, bunu dövlət məmuru, siyasətçi Boris Avaqyan deyib. O, Nikol Paşinyanı vaxtilə işğal etdikləri torpaqları geri qaytarmaq qərarına görə günahlandırıb.

“Paşinyan və onun “dostlarının” təşkil etdiyi sərhəd toqquşmaları şiddətlənəcək, qurbanlar və yaralananlar olacaq, sonra Paşinyan Milli Məclisə təklif təqdim edəcək, Tavuşun 6 kəndinin təhvil verilməsi səsə qoyulacaq və tərəfdarları lehinə səs verəcək”- deyə Boris Avaqyan bildirib.

Boris Avaqyan və bütün ermənilər vaxtında bilməli idi ki, özgə torpaqları gec-tez sahibinə qaytarılmalıdır və qaytarılacaq, istər xoşluqla, istəməsələr zor gücünə.

Azərbaycan  və Ordusu buna qadirdir və yəqin ki, tezliklə qazaxlılar da sevinəcək.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*