Qazaxıstan 4 ölkəyə sülhməramlı göndərirbackend

Qazaxıstan 4 ölkəyə sülhməramlı göndərir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev parlamentə respublika hərbi qulluqçularının sülhməramlı qismində Mərkəzi Afrika Respublikası, Konqo, Mali və Livana göndərilməsi barədə təklif təqdim edib.

KONKRET.az xəbər verir ki, parlament bu təklifi palataların birgə iclasında dəstəkləyib.

Məlumata görə, təklif parlamentdə Qazaxıstan Prezidentinin özü tərəfindən səsləndirilib.

Dörd ölkəyə BMT missiyası çərçivəsində göndəriləcək sülhməramlıların ümumi sayı 430 hərbi qulluqçudan ibarət olacaq.

Qazaxıstan parlamenti prezidentin bu təklifi ilə razılaşıb.//Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*