Qazaxıstan Prezidenti Qasım Comərt Tokayev Qarabağın da aid edildiyi dondurulmuş konfliktlərlə bağlı danışıb.
KONKRET.az xəbər verir ki, Tokayev təəssüflə BMT-nin yarandığı gündən dünyanın çoxsaylı regional və millətlərarası konfliktlərdən xilas ola bilmədiyini deyib.
O, Qazaxıstanın bütün konfliktlərin siyasi-diplomatik yolla həllinin tərəfdarı olduğunu deyib.
Tokayev çıxışı zamanı, həmçinin beynəlxalq hüququn baza prinsiplərinə əməl etməyin vacib olduğunu qeyd edib:
“Dondurulmuş və ya zamanı uzadılmış kimi dəyərləndirilən regional konfliktlər müasir beynəlxalq hüququn əsasını təşkil edən BMT Nizamnaməsinin iki əsas prinsipi arasında fundamental ziddiyyət yaradıb. Bu, dövlətin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinidir. Son prinsip dövlətlərin müstəqillik qazanıb, müstəmləkə asılılığından azad olanda xüsusilə aktuallaşıb. Hazırkı ana qədər dünya öz müqəddəratını həll edib. Ona görə də dövlətin ərazi bütövlüyü prinsipi hazırdı birinci plana çıxıb və prioritet əhəmiyyət kəsb edir. Mövcud konfliktləri dəyərləndirən zaman hazırlanan yanaşmalarda biz gərək BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının qətnamələrini əsas tutaq”.
Qeyd edək ki, Qazaxıstan həm də Ermənistanın daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür.

O dığalar qırılmayınca ağıllanmaz !
Atəşkəs rejimi olmayacaq. Tülkü paşinyan yeni təxribat axtarışındadır.
Atətin minsk qrupu alçaq bir qrupdur.
Bu münaqişəni elə yaradan onların dövlətləridir. Onlar bu münaqişəni həll edə bilməzlər. Bu qrupda Türkiyə Pakistan mütləq olmalıdır. Yoxsa hər şey fiyasko! erməni terrorçularını açıq şəkildə dəstəkləyən fransa ,erməniləri qafqazda yerləşdirib ermənistanı yaradan rusiya, yoxsa erməni diasporunun güclü olduğu iki üzlü ABŞ! Bunlarla olmaz.
Böyük Erdoğan görək nə deyəcək?