Qazaxıstan Belarusun təklifini RƏDD ETDİ – VİDEObackend

Qazaxıstan Belarusun təklifini RƏDD ETDİ - VİDEO

Qazaxıstan Belarusun təklifini rədd edib.

KONKRET.az xəbər verir ki, bu barədə Tokayev Şimali Qazaxıstan vilayətinə işgüzar səfəri zamanı deyib.

O, Belarus Prezidenti Aleksandr Lukaşenkonun təklifini şərh edərkən bildirib ki, respublikanın İttifaq dövlətinə qoşulmasına ehtiyac yoxdur. Çünki Avrasiya İqtisadi İttifaqı kimi birlik fəaliyyət göstərir.

“Lukaşenko Qazaxıstana İttifaq dövlətinə daxil olmağı təklif etdi. Mən onun zarafatını yüksək qiymətləndirdim. Hesab edirəm ki, buna ehtiyac yoxdur. Çünki burada başqa inteqrasiya birlikləri, ilk növbədə Avrasiya İqtisadi Birliyi var”, – deyə Tokayev vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Lukaşenko Qazaxıstanı Rusiya-Belarus birliyinə üzv olmağa dəvət edib.

“Mən düşünmürəm ki, Kasım-Jomart Tokayev bundan narahatdır. Amma birdən belə olarsa, heç kim Qazaxıstanın və digər ölkələrin bizim Rusiya Federasiyası ilə yaxın münasibətlərimizin olmasının əleyhinə deyil. Və bu çox sadədir. Belarus-Rusiya birliyinə qoşulmaq lazımdır və bununla hamı nüvə silahına sahib olacaq”, –  Lukaşenko deyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*