Ermənistan hökuməti “Ermənistan və Qazaxıstan vətəndaşlarının iki ölkəyə səfərləri və yerləşməsi qaydası haqqında” saziş imzalamaq təklifini qəbul edib. KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Sazişin imzalanması Ermənistanın vahid gömrük məkanına qoşulmasına dair sənədlərlə (24 dekabr 2013-cü il) və iki ölkə hökumətləri arasında vətəndaşların qarşılıqlı səfərləri haqqında Saziş (6 noyabr 2006-cı il) əlaqədardır.
Sənədə əsasən, bir ölkənin digərinin ərazisində olan vətəndaşları ölkəyə daxil olduqdan sonra 30 gün ərzində səlahiyyətli orqanlarda qeydiyyata alınmırlar. Onlar miqrasiya kartını təqdim etməkdən də azaddırlar.
Bundan əlavə, Ermənistan və Qazaxıstan vətəndaşlarının yaşayış yerindən asılı olmayaraq, 90 günədək digər tərəf ərazisinə girmək, ayrılmaq, tranzit keçmək və orada yaşamaq hüququ var.
