Qazaxıstan koronavirus xəstəliyinə məruz qalan ölkələrin siyahısını dəyişdirdibackend

Qazaxıstan koronavirus xəstəliyinə məruz qalan ölkələrin siyahısını dəyişdirdi

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Epidemiyanın qeydə alındığı ölkələrin vətəndaşlarının Qazaxıstana girişi qadağan ediləcək.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Qazaxıstanda COVID-19-un yayılması üçün təhlükəli olmayan ölkələrin siyahılarına dəyişiklik edilib. Müvafiq dəyişikliklər Qazaxıstan Respublikasının baş dövlət sanitar həkimi Jandarbek Bekşin tərəfindən edilib.

Malların və xidmətlərin keyfiyyəti və təhlükəsizliyi komitəsindən verilən məlumata görə, bu dövlətlərdən gələn vətəndaşlar təsdiq edilmiş profilaktik tədbirlərə uyğun olaraq təyin olunmuş cavab tədbirlərinə əməl etməlidirlər.

“Bu tədbirlər Qazaxıstan Respublikası vətəndaşlarını koronavirus infeksiyasının yayılmasından qorumaq məqsədi daşıyır”, – deyə komitə əlavə edib.

Qeyd edək ki, Qazaxıstanda bu xəstəlik səbəbindən 3,6 mindən çox insan monitorinqə aparılıb.

Daha əvvəl Rusiyada koronavirus infeksiyasının dörd yeni hadisəsinin aşkarlandığı bildirilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*