Qazaxıstan KTMT-dən çıxması ilə bağlı şayiələrə MÜNASİBƏT BİLDİRDİbackend

Qazaxıstan KTMT-dən çıxması ilə bağlı şayiələrə MÜNASİBƏT BİLDİRDİ

Qazaxıstan ölkənin KTMT-dən çıxması ilə bağlı şayiələrə münasibət bildirib.

KONKRET.az xəbər verir ki, Qazaxıstan Xarici İşlər Nazirliyi respublikanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünün dayandırılması ilə bağlı məlumatı təkzib edib.

Qazaxıstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, müəyyən sosial şəbəkələrdə Qazaxıstanın guya KTMT-dən çıxarılmasının planlaşdırıldığı barədə yayılan məlumatlar tamamilə saxtadır və reallığa uyğun gəlmir.

Xatırladaq ki, bir müddət əvvəl bəzi KİV-lər Qazaxıstanın 2023-cü ildə təşkilatdan çıxmaq istəyini açıqlamışdı.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*