Qazaxıstan neft məhsullarının ixracına müvəqqəti qadağa tətbiq etdibackend

Qazaxıstan neft məhsullarının ixracına müvəqqəti qadağa tətbiq etdi

Qazaxıstan neft məhsullarının avtonəqliyyatla ixracına müvəqqəti qadağa tətbiq etdi – bu, Özbəkistana və digər ölkələrə yanacaq ixracı ilə əlaqədardır.

Energetika Nazirliyi, Daxili İşlər Nazirliyi, Maliyyə Nazirliyi və Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi altı ay müddətinə yük maşınları ilə ölkədən neft məhsullarının ixracını qadağan edən birgə əmr imzalayıblar. KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, sənəd bazar ertəsi “Adilet” normativ aktların hüquqi sisteminin saytında yerləşdirilib.

“Altı ay müddətində AİB XİFƏN siyahısında (Avrasiya İqtisadi Birliyinin xarici iqtisadi fəaliyyətinin əmtəə nomenklaturasında neft məhsulları nəzərdə tutulur) 2709, 2710, 2902, 3403, 3811 kodlu qruplaraa aid malların nəqliyyat vasitəsi ilə Qazaxıstan Respublikasının ərazisindən ixracına qadağa tətbiq edin. Nəqliyyat vasitələrinin istehsalçısı tərəfindən texniki şərtlərə uyğun olaraq quraşdırılmış çənlərdə və əlavə qablarda 20 litrdən çox olmamaq şərtilə yanacaq keçirilməsi istisnadır”, – deyə sənəddə bildirib.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Qazaxıstan Energetika Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sərəncam noyabrın 2-dən qüvvəyə minib. Nazirlik bildirib ki, ölkədə benzin və dizel yanacağının pərakəndə satış qiymətləri Rusiya, Özbəkistan və Qırğızıstandakı qiymətlərdən aşağıdır, bu da respublikanın sərhəd bölgələrində tranzit yanacaq və sürtkü yağlarının yüksək istehlakına səbəb olur.

Bir cavab yazın