
Qazaxıstan Prezidenti Kasım-Comərd Tokayev iğtişaşların baş verdiyi Jambil vilayətinin rəhbərini dəyişdirib.
KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Tokayev Jambil vilayətinin rəhbəri (Akim) Askar Mırzaxmetovu vəzifəsindən azad edib.
Həmçinin, Prezident Akimin sosial məsələlər üzrə müavini Suluşaş Kurmanbəyovu və Kordayı rayonunun Akimi Bolatbek Baytolu işində ciddi nöqsanlara görə işdən azad edilməsini tapşırıb. Bundan başqa, həmin rayonların polis şöbələrinin başçıları işdən çıxarılıblar.
Vilayətin yeni rəhbəri respublikanın Baş nazirinin müavini Berdibek Saparbayev olub.

Fevralın 8-nə keçən gecə kütləvi iğtişaşlar baş verib. Son məlumatlara görə, on nəfər həlak olub, təxminən 50 nəfər saxlanılıb.
KONKRET.az
