Ərdoğan Tokayevlə bəyanat imzaladı – FOTO / YENİLƏNİBbackend

Ərdoğan Tokayevlə bəyanat imzaladı - FOTO / YENİLƏNİB

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev mayın 10-da Türkiyəyə dövlət səfərinə gəlib.

KONKRET.az xəbər verir ki, Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev arasında görüş keçirilib, sonra iki qardaş ölkəni təmsil edən heyətlər görüşüblər.

Bu görüşlərdən sonra dövlət başçılar birgə mətbuat konfransı keçiriblər.

Türkiyə ilə Qazaxıstan arasında münasibətləri strateji ortaqlıq səviyyəsinə yüksəldən siyasi bəyanat imzalanıb.

Qazaxıstan və Türkiyənin Avrasiyada sülhün bərqərar olmasına xüsusi önəm verdiyinə diqqəti çəkən Prezident Qasım-Jomart Tokayev bildirib ki, hər iki ölkə Trans-Xəzər Beynəlxalq nəqliyyat dəhlizinin potensialından daha səmərəli istifadə etməyə üstünlük verir.

Liderlər ifadə ediblər ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq əlaqələrinin genişlənməsi və perspektivlər ətrafında səmərəli müzakirələr aparılıb. Dövlət başçıları bildiriblər ki, Ankarada imzalanan sənəd Türkiyə-Qazaxıstan münasibətlərini strateji ortaqlıq səviyyəsinə yüksəldib.

19:02

Türkiyə və Qazaxıstan prezidentləri Ankarada görüş keçirir. 

KONKRET.az xəbər verir ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və Qazaxıstan Prezidenti Kasım-Jomərt Tokayevin görüşündə iki ölkə arasında əlaqələr və regional məsələlər müzakirə olunur.

Liderlərin təkbətək görüşündən sonra danışıqlar nümayəndə heyətlərinin iştirakı ilə davam edəcək.

14:00

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ankaraya gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentin “Telegram” səhifəsində məlumat verilib.

Türkiyənin paytaxtı Ankarada “Esenboğa” beynəlxalq hava limanında Qazaxıstan liderini Türkiyənin Vitse-prezidenti Fuat Oktay, Ankara valisi Vasip Şahin və bir sıra digər rəsmi şəxslər qarşılayıb.

Ankaraya ikigünlük səfəri çərçivəsində o, Türkiyə Prezidenti ilə ikitərəfli və geniş tərkibli görüşlər keçirəcək, Qazaxıstan-Türkiyə biznes forumunda iştirak edəcək və Türkiyə iş adamları ilə görüşəcək.

Bildirilib ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi dəvəti ilə baş tutub.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*