Qazaxıstan 9 May – Qələbə Günündə hərbi parad keçirməkdən imtina edib.
KONKRET.az xəbər verir ki, bu barədə yerli mətbuat respublikanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Qazaxıstanda Qələbə günü münasibətilə hərbi parad keçirilməyəcək.
Nazirlik açıqlamasında bildirib ki, 2022-ci ildə əvvəlcə Qələbə Günü və ölkə silahlı qüvvələrinin yaradılmasının 30 illiyinə həsr olunması nəzərdə tutulan parad planlaşdırılmır.
Eyni zamanda, hərbi-vətənpərvərlik tədbirlərinin, eləcə də Böyük Vətən Müharibəsi veteranlarının ehtiramla yad edilməsinin təşkil olunacağı qeyd olunur.
Xuraman Etibarlı,
KONKRET.az
