“Qazaxıstana rusların girişini məhdudlaşdırmaq mümkün deyil”.
KONKRET.az xəbər verir ki, bu barədə respublika parlamenti məlumat yayıb. Dünən Rusiyada səfərbərlik elan olunduqdan sonra ruslar kütləvi şəkildə Qazaxıstana keçirlər.
“Qazaxıstan Rusiya vətəndaşlarının ölkəyə girişini məhdudlaşdıra bilməz, lakin yaşayış icazəsi almaq üçün ərizəçinin qanuna uyğun sənədlər toplusu olmalıdır.
Əgər ruslar bizə gəlib, hansısa iş üzrə, bir müddət burada qalmaq istəsələr, burada heç bir sual yaranmamalıdır, biz məhdudlaşdıra bilmərik”, – deyə Senatın (yuxarı palata) spikeri Maulen Aşimbayev bildirib.
Rusiyada qismən səfərbərlik elan edildikdən sonra sosial şəbəkələrdə Rusiya vətəndaşlarının digər dövlətlərə, o cümlədən Qazaxıstana miqrasiya axınının kəskin artması ilə bağlı məlumatlar yayılıb.
Xuraman Etibarlı,
KONKRET.az