Qazaxıstan senarisi Azərbaycanda təkrarlana bilərmi? – Kremlin qarşısını kəsən SƏBƏBLƏRbackend

Qazaxıstan senarisi Azərbaycanda təkrarlana bilərmi? - Kremlin qarşısını kəsən SƏBƏBLƏR

Şimal qonşumuzun ağına bozuna baxmadan qonşu dövlətlərə soxulub işğal etməsi, bizim ictimaiyyəti narahat edir ki, görəsən bizə qarşı da belə hal baş verə bilər?

Qazaxstan və Belarus da baş verənlər burada baş verə bilməz. Baş versəydi zatən münbit şərait 30 il idi var idi. Lakin baş vermədi. Buna səbəblər isə aşağıdakılardır.

Qafqaz çox qarışıq yerdir və Qafqaz xalqları əsrlər boyu Rusiyaya qarşı olublar. Buna yaxın tarixdən misallar çoxdur. Hüseynqulu xan, Cavad xan, Şeyx Şamildən tutmuş Dudayev, Basayev və digərləri. Bu səbəblərdən Rus İmperiyası Qafqaz üzərinə açıq hücum edə bilmir. Çünki Qafqaz Qazaxstan deyil. Qazaxstanın əhalisinin çox hissəsi artıq ruslaşmışdır. O üzdən Kremlin orada hərəkət etməsi daha rahatdır.

2021-ci ildə imzalanmış Şuşa bəyannaməsi isə məhz Azərbaycanı Şimal axınından qorumaq üçün imzalanıb. Şuşa bəyannaməsində açıq olaraq məhz bu nüans qeyd olunub. Əgər hər hansı bir dövlətin ərazisinə müdaxilə olarsa o zaman strateji müttəfiq dərhal hərbi və siyasi müdaxilə edə bilər. Əlbətdə Kreml Türkiyə ərazisinə müdaxilə edən deyil. Bu bəyənnamə məhz Azərbaycanı qorumaq üçün imzalanıb. Özü də, Şuşa şəhərində. Bu bəyənnamə ilə birgə ermənilər və onları bizim üstümüzə qısqırdanların əl qolu bağlandı. O səbəbdən Qafqaz cəbhəsi Kreml üçün yarımcıq qaldı və Kreml üzünü orta Asiyaya tutdu.

Hesab edirik ki, yaxın günlərdə Rusiya və Qazaxstana bir sıra embarqolar tətbiq ediləcəkdir.

Mənbə:Faktlarla

  • Namiq
    Yanvar 10, 2022 - 21:51

    Ancaq Azərbaycan daxilində xeyli məmurlar xalqı dövlətdən narazı salmaqla bu yöndə çalışırlar. məsələn: ƏƏSMN. Ehtiyatlı olmaq lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*